“Çelsi”dən ayrılmağa hazırlaşır
İngiltərəli yarımmüdafiəçi Meyson Maunt “Çelsi”dən ayrılmağa hazırlaşır.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, növbəti mövsümdən “Çelsi”ni çalışdıracaq Maurisio Poçettino futbolçunu heyətdə saxlamaqda ümidlidir.
Britaniya nəşri bu ehtimalı çox aşağı qiymətləndirir.
24 yaşlı oyunçu ilə maraqlanan klublar arasında “Liverpul” və “Mançester Yunayted”in adı çəkilir.
Meyson cari mövsümdə “zadəganlar”ın heyətində bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb, üç qol vurub və altı məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin