“Çelsi”dən ayrılır, “Mançester Yunayted”ə keçir
Mövsümün sonunda “Çelsi”dən ayrılacağı gözlənilən Villian karyerasını Premyer Liqanın digər klubunda davam etdirə bilər.
Komanda.az “France Football”a istinadən xəbər verir ki, “Mançester Yunayted” 31 yaşlı futbolçunun xidmətində maraqlıdır. “Qırmızı şeytanlar”ın Villianın meneceri ilə danışıqlara başladığı bildirilir. Villianın da bu transferə müsbət yanaşdığı deyilir. Tərəflər razılığa gəlsə, braziliyalı futbolçu azad agent olaraq “Mançester Yunayted”ə qoşulacaq.
Villianın adı “Barselona” ilə də yanaşı çəkilir.
2013-cü ildən London klubunda çıxış edən futbolçunun müqaviləsi bu ayın sonunda bitir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin