“Çelsi”dən “Atalanta”ya

İngiltərənin “Çelsi” klubu italiyalı müdafiəçisi Davide Zappakosta ilə yollarını ayrırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 29 yaşlı sağ cinah oyunçusu “Atalanta”ya keçib. O, yeni komandasında 77 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Davide Zappakosta 2017-ci ildən “Çelsi”də idi. O, 2011-2012 və 2014-2015-ci illərdə də “Atalanta”nın sıralarında olub. İtaliya yığmasının da üzvü olan təcrübəli müdafiəçi, ötən mövsümü icarə əsasında “Cenoa”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button