Son 99 ilin antirekordu

“Çelsi”si İngiltərə Premyer Liqasında 29 turdan sonra 29 qol vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, 1921/22 və 1923/24 mövsümlərindən sonra ən pis nəticədir. Həmin vaxt “zadəganlar” müvafiq olaraq, 23 və 16 dəfə fərqləniblər.

Beləliklə, aprelin 4-də İngiltərə çempionatının 8-ci turundan təxirə salınan oyununda “Liverpul”la “sülh”ə razılaşan (0:0) londonlular son 99 ilin antirekorduna imza atıblar.

Ümumilikdə, keçmiş baş məşqçi Qrem Potterin rəhbərlik etdiyi “Çelsi” Premyer Liqada tarixən zəif nəticə göstərib.

Londonlular ingilis mütəxəssisin rəhbərliyi altında hər oyuna orta hesabla 1,27 xal toplayıblar. Premyer Liqada ən azı 20 oyunda komandaya rəhbərlik etmiş bütün məşqçilər arasında bu, ən aşağı göstəricidir. Bütün turnirlərdə keçirilən 31 matçdan Potterin komandası yalnız 39 faizini qazanıb.

Bir müddət əvvəl “Çelsi” Potterin istefaya göndərildiyini açıqlayıb.

London təmsilçisi UEFA Çempionlar Liqasının 1/4 finalında “Real”la qarşılaşacaq. İlk oyun aprelin 12-də, cavab qarşılaşması 18 apreldə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button