“Çelsi”dən 27 milyon avroluq yeni transfer
“Çelsi” növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, London nəhəngi “Renn”in yarımmüdafiəçisi Lesli Uqoçukvunu heyətinə qatıb.
“Zadəganlar” bu keçidə görə 27 milyon avro ödəyiblər. 19 yaşlı futbolçu ilə 7+1 illik müqavilə imzalanıb.
“Renn”in öz yetirməsi olan Uqoçukvu 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, meydana çıxdığı 60 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Lesli Fransanın U-19 yığmasına da dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin