“Çelsi”də yeni müqavilə
İngiltərənin “Çelsi” klubu hücumçusu Armando Broxa ilə müqavilənin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Albaniyalı futbolçu ilə 5 illik yeni müqavilə imzalanıb. Yeni müqaviləyə əsasən, 19 yaşlı forvard 2026-cı ilin yayına kimi “zadəganlar”ın uğurları üçün çalışacaq.
Armando Broxa 2009-cu ildən “Çelsi”dədir. O, 2020-ci ildən əsas komandaya da cəlb olunur. İngiltərədə dünyaya göz açan futbolçu artıq Albaniya yığmasına da dəvət alır. O, bu ölkənin əsas millisində 6 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin