
“Çelsi”də yeni hücumçu
“Çelsi” növbəti transferini həyata keçirib.
Komanda.az xəbər veir ki, İngiltərə klubu Liam Delapın keçidini rəsmiləşdirib.
Bu barədə London təmsilçisinin rəsmi saytı açıqlama yayıb. “İpsviç”dən transfer olunan 22 yaşlı forvardla 6 illik müqavilə imzalanıb.
Liam “Mançester Siti”nin yetirməsidir. Ötən ilin yayında “İpsviç”ə keçən hücumçu 37 oyunda 12 dəfə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



