Hazarddan “Real”la bağlı etiraf
“Real”ın və Belçika millisinin yarımmüdafiəçisi Eden Hazard Madrid klubundakı karyerası ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, belçikalı futbolçu paytaxt təmsilçisində heç də xoşbəxt deyil:
“Real”da olan dövrümü uğursuzluq kimi qəbul edirəm. Bu qədər zədə almaq normal deyil. Nəyə malik olduğumu nümayiş etdirmək imkanım olmayıb. Mən bir neçə matçda, məsələn, PSJ-yə qarşı Çempionlar Liqasının 1/8 finalında oynamışam”.
Hazard, Zinəddin Zidanın “Real”ın “sükanı arxasında” olan müddətdə daha yaxşı oyunlar keçirdiyini etiraf edib:
“Çelsi”də mən həmişə ən yaxşı idim. “Real”da yalnız Zidanın dövründə yaxşı oyunlar keçirdim”.
31 yaşlı belçikalı futbolçu 2019-cu ildə “Çelsi”dən “Real”a keçib. O, “kral klubu”nun heyətində 72 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin