“Çelsi”də Kante şoku
“Çelsi”nin çalışdırıcısı Frenk Lempard yarımmüdafiəçi Nqolo Kantenin zədə səbəbindən qarşıdakı oyunları buraxa biləcəyini deyib.
Komanda.az “Talksport”-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis fransalının qasıq nahiyəsində ağrıların olduğunu açıqlayıb:
“Dünən keçirdiyimiz məşqdə Kanteni itirdik. Qasıq nahiyəsində ağrılar var idi.
İlkin proqnozlara görə, o, bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Yəqin, bunun nə demək olduğunu başa düşürsüz”.
Kante 2022/23 mövsümünün çox hissəsini zədə səbəbindən buraxıb. Eyni zamanda, o, DÇ-2022 də də iştirak edə bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin