“Çelsi”də Bakı finalından öncə gərginlik – VİDEO
Bu gün Azərbaycanda keçiriləcək Avropa Liqasının final oyunun iştirakçıları – İngiltərənin “Arsenal” və “Çelsi” klubları ötən gecə matçın baş tutacağı Bakı Olimpiya Stadionunda son məşqə çıxdılar.
Komanda.az xəbər verir ki, son olaraq meydana çıxan “Çelsi”nin məşqi zamanı gərgin anlar yaşanıb.
Hər şey “zadəganlar”ın argentinalı hücumçusu Qonsalo İquaynın məşq zamanı komanda yoldaşı David Luisə qarşı kobudluğundan sonra başlayıb. Hadisəyə dərhal müdaxilə edən baş məşqçi Maurisio Sarri onları sakitləşdirməyə çalışıb. Lakin gərginlik getdikcə artmağa başlayıb və sonda italiyalı mütəxəssis məşqi yarıda tərk edərək, paltardəyişmə otağına yollanıb. Onun meydanı tərk edərkən əsəbi halda baş geyimini yerə atması və təpikləməsi də diqqətdən yayınmayıb.
Həmin görüntüləri təqdim edirik:
Bizi Facebook-da izləyin