Mövsümün ən yaxşı “zadəganlar”ı FOTO
“Çelsi”də 2018/19 mövsümünün ən yaxşı oyunçusu məlum olub.
Komanda.az xəbər verir ki, “zadəganlar”ın heyətində cari mövsümün ən yaxşısı futbolçusu adına Eden Hazard layiq görülüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikalı oyunçu “Çelsi” formasıyla bu mövsüm 50 qarşılaşmada iştirak edərək, 19 qol vurub və 16 məhsuldar ötürmə edib.
“Çelsi”də mövsümün ən yaxşı gənc futbolçusu isə Kallum Hadson-Odoi seçilib. 18 yaşlı hücumçu “zadəganlar”ın heyətində bu mövsüm 29 qarşılaşmada iştirak edərək, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin