“Çelsi” Xavi üçün hücumçusunu və pul təklif edir

“Çelsi” Kristofer Nkunkunu “Leyptsiq”ə göndərərək, üstəlik pul ödəməklə Xavi Simonsun transferini reallaşdırmaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər hazırda danışıqlar aparır. Almaniya klubu ötən şənbə “Mançester Yunayted”ə keçən Benjamin Şeşkonun əvəzləyicisini axtarır.

“Çelsi” artıq Simonsla şəxsi müqavilə şərtlərini razılaşdırıb.

“Leyptsiq” 21 yaşlı yarımmüdafiəçi üçün təxminən 70 milyon avro tələb edir. London təmsilçisi isə Nkunkunu 46 milyon avro dəyərində qiymətləndirir. Bu səbəbdən, niderlandlı oyunçunun transferi üçün londonlulara təxminən 24 milyon avro əlavə ödəmək lazım olacaq.

Nkunku 2019–2023-cü illər aralığında “Leyptsiq”də çıxış edib və 2023-cü ildə 60 milyon avroya “Çelsi”yə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button