
“Çelsi”dən PSJ-yə
PSJ heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, Paris təmsilçisi “Çelsi”nin qolkiperi Marçin Bulka ilə razılıq əldə edib. Bu barədə Fransa mətbuatı məlumat yayıb. PSJ-nin 19 yaşlı qolkiperlə 3 illik müqavilə imzalayacağı bildirilir.
Bulkanın “Çelsi” ilə müqaviləsinin müddəti iyunun 30-na qədərdir. 2017-ci ildən “zadəganlar”da çıxış edən polşalı futbolçu, son mövsümü “Çelsi”nin B komandasında keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin