“Çelsi”dən Petr Çexlə bağlı maraqlı qərar
“Çelsi”nin futbol üzrə İngiltərə Premyer Liqasının 2019/20 mövsümü üçün 25 nəfərlik heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, London təmsilçisinin açıqladığı heyətdə 2019-cu ildə karyerasını başa vurmuş Petr Çexin də adı var.
Premyer Liqa nəhəngində texniki məsləhətçi vəzifəsində çalışan sabiq qolkiper ehtiyat qapıçı kimi sifariş olunub. “Zadəganlar” cari mövsümdə qapıçılarla bağlı problem yaşayacağı halda, ən son variant kimi Çexin xidmətindən yararlana biləcək.
Qeyd edək ki, “Çelsi”də Kepa Arrisabalaqa, Eduard Mendi və Villi Kabalyero kimi qapıçılar çıxış edir.
Çexiya yığmasının sabiq qapıçısı olan Çex, 2004-2015-ci illər aralığında məhz “Çelsi”nin uğurları üçün çalışıb. 2015-2019-cu illər aralığında isə o, Londonun digər təmsilçisi “Arsenal”da forma geyinib. 2018/19 mövsümünün sonunda karyerasını bitirən 38 yaşlı qolkiper, elə həmin dövrdən “Çelsi”nin texniki məsləhətçisi kimi fəaliyyət göstərir.
Bizi Facebook-da izləyin