“Çelsi” futbolçusunu icarəyə verdi
“Çelsi”nin yarımmüdafiəçisi Omari Hatçinson “İpsviç”ə icarəyə verilib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yamaykalı futbolçu ilə icarə müqaviləsi 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Hatçinson ötən mövsüm “zadəganlar”ın əsas komandasında iki oyuna çıxıb. O, həmçinin Premyer Liqada gənclər arasında 21 oyunda 7 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin