“Çelsi”dən “Brayton”a yeni təklif

“Çelsi” Moyses Kaysedo üçün “Brayton”a yeni təkliflə müraciət edib.

Komanda.az “The Evening Standard”-a istinadən xəbər verir ki, London klubu qarşı tərəfə təxminən 80 milyon funt-sterlinq təklif edib.

Bundan əvvəl “Brayton” londonluların 60 milyonluq təklifini rədd etmiş və Ekvador millisinin 21 yaşlı üzvünün transferi üçün 100 milyon istəmişdi.

Bununla belə, “Çelsi”nin artıq 80 milyon avroya yarımmüdafiəçinin keçidini razılaşdıra biləcəyi ehtimalı var.

Kaysedo ötən mövsüm Premyer Liqada 37 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button