Sarri: “Çelsi”dən ayrılmaqda səhv etmişəm”

“Çelsi”nin keçmiş baş məşqçisi Maurisio Sarri 2018/19 mövsümünün sonunda London klubunu tərk etdiyinə görə peşmandır.

Komanda.az “La Reppublica”-ya istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis bunun səhv qərar olduğunu etiraf edb:

“Yuventus”da məndən yalnız Çempionlar Liqasını qazanmağımı istədilər, mesaj dərhal aydın oldu. Skudettonu qazandım. Rəhbərlik oyun tərzini dəyişmək istəyirdi, lakin klubda qətiyyət yox idi. Bircə onu deyə bilərəm ki, “Çelsi”dən ayrılmaqda səhv etmişəm. İtaliyaya qayıtmaq mənim üçün səhv qərar idi”.

İtaliyalı mütəxəssis 2019/20 mövsümündə “Yuventus”a rəhbərlik edib və A Seriyasının qalibi olduqdan sonra vəzifəsindən qovulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button