“Çelsi”dən ayrılıb, PAOK-la müqavilə bağladı

“Çelsi”nin futbolçusu Abdul Baba PAOK-a transfer olunub.

Komanda.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılığı əsasında xitam verib. Bundan sonra müdafiəçi PAOK-a transfer olunub.

Baba 2015-ci ilin avqustundan “Çelsi”də çıxış edirdi. Ümumilikdə futbolçu 2015/2016-cı il mövsümündə klubda debüt edib və londonluların heyətində cəmi 15 oyuna çıxıb. Bundan sonra o, icarə əsasında “Şalke”, “Reyms”, “Malyorka”, PAOK və “Ridinq”də oynayıb.

2022/2023 mövsümündə qanalı müdafiəçi “Ridinq”lə bütün yarışlarda 20 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button