
“Çelsi”dən ABŞ klubuna 15 milyonluq təklif
“Çelsi” ABŞ-nin “New England Revolution” klubunun qapıçısı Corce Petroviçlə maraqlanır.
Komanda.az “transfermarkt” portalına istinadən xəbər verir ki, londonlular 23 yaşlı qolkiper üçün 15 milyon funt-sterlinq təklif edib.
Petroviçin ABŞ təmsilçisi ilə müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
O, 2023/24 mövsümündə bütün turnirlər daxil olmaqla 25 oyunda 29 qol buraxıb, 8 dəfə isə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin