“Çelsi” futbolçusu ilə yeni müqavilə bağladı, icarəyə göndərdi

“Çelsi” qapıçısı Lukas Berqströmla yeni müqavilə imzalayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, finlandiyalı qolkiperlə müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılıb. London təmsilçisi daha sonra onu 2025-ci il yanvarın 1-dək İsveç “Brommapoykarne”sinə icarəyə verib.

Lukas bu mövsüm 22 dəfə “Çelsi”nin heyətində yer alıb. O, mövsümlərarası fasilədə komanda ilə ABŞ-da keçirilən turnirdə bir neçə dəqiqə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button