“Çelsi”də yeni hücumçu və ciddi itki
“Çelsi” İsveçin “Molde” klubunun futbolçusu Datro Fofananı heyətinə qatıb.
Komanda.az xəbər verir ki, bu barədə London klubunun saytı məlumat yayıb.
19 yaşlı hücumçunun transferi “Çelsi”yə təxminən 12 milyon avroya başa gəlib. Futbolçu 2023-cü il yanvarın 1-də kluba qoşulacaq.
Fofana “Molde”nin heyətində bu mövsüm bütün turnirlər çərçivəsind meydana çıxdığı 37 oyunda 21 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, Fil Dişi Sahili yığmasında da 2 oyun keçirib.
Yeri gəlmişkən, “Çelsi”nin müdafiəçisi Ris Ceyms yenidən sıradan çıxıb. Zədə səbəbindən DÇ-2022-nin də buraxan ingilis futbolçu Premyer Liqanın 17-ci turu çərçivəsində baş tutan “Bornmut”la oyunda (2:0) zədələnmiş və 53-cü dəqiqədə əvəzlənmişdi. Klubdan verilən məlumata görə, Ris azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.
Bizi Facebook-da izləyin