
Mourinyo Premyer Liqaya qayıdır?
“Roma”nın baş məşqçisi Joze Mourinyo iş yerini dəyişə bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Çelsi” rəhbərliyi İtaliya klubunda gələcəyi ilə bağlı yekun qərar verməyən portuqaliyalı mütəxəssisi yenidən komandaya gətirmək istəyir.
Mourinyo 2004-2007 və 2013-2015-ci illərdə “zadəganlar”ı çalışdırıb. Onun “Roma” ilə hazırkı müqaviləsi 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin