
Futbolçusu “Çelsi”dən narazıdır
“Çelsi”nin yarımmüdafiəçisi Karni Çukvuemeka klubdakı münasibətdən narazıdır.
Ayın əvvəlində London təmsilçisinin onu Dortmund “Borussiya”sına satmağa hazır olduğu məlum olmuşdu, ancaq keçid hələ də rəsmi təsdiqini tapmayıb.
Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “Çelsi”də oyunçulara hörmətsiz yanaşma səbəbindən məyus olub və komandada qalmaq istəmir.
O, son mövsümün ikinci yarısında icarə əsasında çıxış etdiyi “Borussiya”ya qayıtmağı ümid edir.
Dortmund klubu Çukvuemekanı yenidən icarəyə götürməyi və sonradan transfer hüququ ilə almağı planlaşdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin