Yeni müqavilə istəyir – “Çelsi”nin futbolçusu
“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt klubla müqaviləsini uzatmaq niyyətində olduğunu bildirib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, klubda çox xoşbəxt olduğunu deyib:
“Mövcud müqaviləmin bitməsinə iki il qalıb və klubda çox xoşbəxtəm. Ümid edirəm ki, yaxın gələcəkdə müqavilənin uzadılması üçün danışıqlara başlayacağıq”.
23 yaşlı ingilis futbolçu ötən mövsüm London təmsilçisinin heyətində 53 oyunda 13 qol vurub və 16 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin