“Çelsi”də çox xoşbəxtəm”

“Çelsi”nin müdafiəçisi Mark Kukurella London klubunun cari mövsüm üçün əsas hədəfini açıqlayıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, həmçinin “Çelsi”də olması ilə bağlı duyğularını bölüşüb:

“Biz hamımız kuboklar qazanmaq arzusundayıq. Premyer Liqada qalib gəlməyin nə qədər çətin olduğunu bilirik. Uzun müddətdir eyni layihə üzərində işləyən komandalar var. Qarşımızda bir neçə belə nümunə var, amma məqsədimiz mütləq növbəti mövsüm Çempionlar Liqasında oynamaqdır. Bu, bizim üçün çox vacibdir.

“Çelsi”də çox xoşbəxtəm. Ailəm burada xoşbəxtdir. Biz yaxşı azarkeşləri olan top klubdayıq. Ümid edirəm ki, burada uzun müddət qala biləcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button