“Çelsi”dən “Yuventus”a “yaşıl işıq”
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Maurisio Sarri İtaliya çempionu “Yuventus”un “sükan”ı arxasına keçməyə yaxındı.
Komanda.az xəbər verir ki, bu barədə 60 yaşlı mütəxəssisə çox yaxın olan jurnalist Alfredo Pedulya açıqlama verib.
O bildirib ki, “zadəganlar”ın rəhbərliyi Sarrini Turin komandasına buraxmağa razı olub.
Qeyd edək ki, Sarri debüt mövsümündə “Çelsi”yə Premyer Liqada bürünc medal, İngiltərə Liqa Kubokunda finala vəsiqə, Avropa Liqasında isə kubok qazandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin