“Çelsi”dən qovuldu, dərhal yeni “müştəri”si çıxdı
“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter “Lester”in “sükanı arxasına” keçə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumatda bildirilir ki, klub rəhbərliyi London komandasından qovulduqdan sonra Potterlə görüşməyi planlaşdırır. “Tülkülər” mövsümün sonunda Premyer Liqada qala bilsə, Potter komandaya başçılıq etmək üçün əsas namizəd olacaq.
2019-cu ildən “Lester”in “sükanı arxasında” olan Brendan Rocers uğursuz nəticələrə görə klubu tərk edib.
“Lester” keçirdiyi 28 oyundan sonra 25 xalla Premyer Liqada 19-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin