“Çelsi”dən “Fulhem”ə “qırmızı işıq”
“Çelsi” yarımmüdafiəçi Kallum Hadson-Odoini “Fulhem”ə satmaqdan vaz keçib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, buna səbəb “ağ-qaralar”ın ingiltərəli futbolçu üçün təklif etdiyi məbləğ olub. “Fulhem” Kallum üçün yeni təklif göndərmək məqsədiylə düşünmək qərarı verib.
22 yaşlı Hadson-Odoinin yay transfer pəncərəsində “zadəganlar”dan ayrılacağı gözlənilir.
O, 2022/23 mövsümünü icarə əsasında “Bayer”də (Leverkuzen) keçirib, 21 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin