“Çelsi”dən ayrılmaq istəmirəm” – Fernandes
“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes bu mövsümün sonunda London klubunu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, klubdan ayrılmaqla bağlı olan bütün şayiələri təkzib edib:
“Çelsi”dən ayrılmaq istəmirəm. Burada özümü komanda yoldaşlarım və məşqçilər heyəti ilə çox yaxşı hiss edirəm. Bura gəldiyim gündən belədir. Klubdakı insanlar mənə çox yaxşı münasibət bəsləyirlər və buna görə onlara təşəkkür edirəm. Getmək haqqında şayiələrin haradan gəldiyini bilmirəm, amma mən onları tamamilə təkzib edirəm”.
Argentinalı futbolçunun “Çelsi” ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin