“Çelsi”dən ayrılır – Qiyməti də məlumdur
“Çelsi” Kay Havertsi ən azı 75 milyon funta satacaq.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, 23 yaşlı alman futbolçu artıq “zadəganlar”a klubdan ayrılmaq istədiyini deyib. O, çətin ki, 2025-ci ilin iyun ayına kimi qüvvədə olan müqaviləsini yeniləsin.
Havertsi “Real” almaq istəyir. Eyni zamanda, “Bayern” də onun xidmətində maraqlıdır.
Haverts ötən mövsüm Premyer Liqanın 35 oyununda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin