Əsəbidir – “Çelsi”dən ayrıldığı üçün
Müqavilə ilə “Çelsi”yə məxsus olan Malanq Sarr “Monako”nu tərk edə bilər.
Komanda.az TMW-yə istinadən xəbər verir ki, icarə əsasında Fransa təmsilçisində çıxış edən Seneqal əsilli fransalı futbolçu qış transfer pəncərəsində London klubuna qayıda bilər.
Futbolçunun agenti Federiko Pastorello Sarrın “Çelsi”dən ayrıldığı üçün əsəbi olduğunu bildirib:
“O, “Monako”da meydana çox çıxa bilmir. Daha çox futbol oynamaq üçün klubu tərk edə bilər. “Çelsi”dən ayrıldığı üçün əsəbidir. “Torino” onu keçən yay istəyirdi və “Milan” da uzun müddətdir futbolçunu izləyir”.
Sarr bu mövsüm “Monako”nun heyətində 5 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin