“Çelsi”dən ayrıldı, “Atletiko” ilə müqavilə bağladı

İspaniyalı futbolçu Sesar Asplikueta İngiltərənin “Çelsi” komandasından ayrılıb.

Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək.

Müdafiəçi “Atletiko”ya keçib. Məlumatı Madrid klubunun rəsmi saytı yayıb. Təcrübəli oyunçu paytaxt təmsilçisi ilə 2024-cü ilin yayınadək olan müqavilə imzalayıb.

Xatırladaq ki, Sesar Asplikueta ötən mövsüm “Çelsi”nin heyətində 32 oyun keçirib. O, 2012-ci ildən London klubunun uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button