“Çelsi” 6 azarkeşə “Stemford Bric”ə girişi qadağan etdi

İngiltərənin “Çelsi” klubu irqçilik səbəbiylə bir neçə azarkeşini cəzalandırıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, keçən ilin dekabrında “Stemford Bric” stadionunda “Mançester Siti” ilə keçirilən matçda (2:0) rəqibin futbolçusu Rahim Sterlinqə qarşı irqçi şüarlar səsləndirən azarkeşlərin cəzası məlum olub.

Klub, polis araşdırmasına müdaxilə etməmək üçün bu qərarı gecikdirdiyini bildirib və araşdırmadan sonra 6 azarkeşin cəzalarını açıqlayıb. Belə ki, Sterlinqə qarşı irqçi təhqirlər işlədən bir nəfərə ömürlük, digər beş nəfərə isə 1-2 il müddətində “Stemford Bric” stadionuna giriş qadağan olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button