Ferdinand “Çelsi” rəhbərliyini tənqid etdi
İngiltərə millisinin sabiq futbolçusu Rio Ferdinand “Çelsi”nin keçmiş baş məşqçisi Tomas Tuxelin London klubunda seçim azadlığının olmadığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Çelsi” rəhbərliyinin bütün məsələlərə qarışdığını deyib:
“Çelsi” rəhbərliyinin hansısa oyunçunun heyətdən çıxarılması üçün tələb irəli sürdüyünü, oyunlar üçün heyət seçiminə qarışdığını eşitmişəm. Düşünürəm ki, Eduard Mendi bu məsələlərin qurbanlarından biri olub. “Çelsi”nin sahibləri burunlarını başqalarının işinə soxurlar, məşqçinin ixtiyarına verilməli olan məsələlərə də qarışırdılar. Tuxelin seçim azadlığı yox idi”.
Sentyabrın 7-də Tuxel “Çelsi”nin baş məşqçisi vəzifəsindən qovulub. Onun yerini əvvəllər “Brayton”da işləyən Qrem Potter tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin