“Onlar İtaliyadan İngiltərə Premyer Liqasına gəldiyinizi nəzərə almırlar” – İquayn
“Yuventus” klubunun hücumçusu Qonsalo İquayn karyerası ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, “Çelsi”dəki karyerasını dəyərləndirib:
“Çelsi”də daha yaxşısını bacara bilərdim, amma düşünürəm ki, etdiklərim də pis deyil. “Çelsi” ilə Avropa Liqasının qalibi olduq, UEFA Çempionlar Liqasına vəsiqə qazandıq. Buna görə, düşünürəm ki, yaxşı nəticələr əldə etdik. İnsanlar məndən daha yaxşı şeylər gözləyirdilər, amma düşünürəm ki, qısa müddətdə yaxşı iş gördüm. Yaxşı futbolçusuzsa, insanlar sizdən çox şey gözləyirlər. Amma onlar fərqli çempionatdan – İtaliyadan İngiltərə Premyer Liqasına gəldiyinizi nəzərə almırlar”.
Argentinalı futbolçu, baş məşqçisi Mauritsio Sarri ilə bağlı da danışıb:
“İşlədiyim hər məşqçidən çox şey öyrənirəm, amma şübhə yoxdur ki, Sarri mənim üçün ən yaxşı olub. O, çox mübariz insandır və bu, mənə kömək edir. Düşünürəm ki, onunla bir-birimizin ən yaxşı xüsusiyyətlərimizi görürük. O, hər zaman yanımda oldu və məni çox yaxşı tanıyır”.
İquayn 2019-cu ilin yanvarından iyununadək icarə əsasında “Çelsi”də çıxış edib.
Bizi Facebook-da izləyin