“Çelsi” argentinalı futbolçunu satmağı düşünmür

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesin karyerasını harada davam etdirəcəyi məlum olub.

Daha əvvəl 24 yaşlı futbolçu ilə İspaniyanın “Real” və “Atletiko” klublarının maraqlandığı bildirilirdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu həmişə Fernandesi layihənin vacib hissəsi hesab edib, ona görə də onun bu yay satışına baxılmır.

Argentinalı yarımmüdafiəçinin özü də bütün diqqətini “Çelsi” ilə Çempionlar Liqasına qayıtmağa cəmləyib. Fernandesin londonlularla müqaviləsinin müddəti 2032-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button