60 milyon avro qiymət qoyulan futbolçu “Çelsi”nin hədəfində
“Çelsi” “Yuventus”un futbolçusu Miralem Pyaniçi heyətinə qatmaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Yarımmüdafiəni gücləndirmək istəyən “Çelsi”, 29 yaşlı futbolçu ilə danışıqlara başlamaq niyyətindədir.
“Yuventus” klubla 2023-cü ilin yayına qədər müqaviləsi olan Pyaniç üçün 60 milyon avro tələb edir.
2016-cı ildən “Yuventus”da çıxış edən Pyaniç, bu mövsümdə 32 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin