“Çelsi”nin 57 milyon avroya almaq istədiyi müdafiəçi

“Çelsi” “Kristal Pelas”ın müdafiəçisi Mark Quehi ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi futbolçunun alınması üçün 57 milyon avro ayırmağa, həmçinin, oyunçularından birini sövdələşməyə daxil etməyə hazırdır. “Kristal Pelas” müdafiəçisinin satışından 80 milyon avro civarında pul qazanmaq istəyir.

Quehi bu mövsüm “Kristal Pelas”ın heyətində 37 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button