“Çelsi” yeni baş məşqçisini açıqlayacaq – Bu həftə
İngiltərənin “Çelsi” klubu bu həftə baş məşqçi postuna namizədlərlə bağlı qərar verməyi planlaşdırır.
Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Yeni baş məşqçi ilə bağlı yekun qərar yaxın bir neçə gün ərzində veriləcək. “Çelsi”nin baş məşqçisi postuna təyin olunan mütəxəssis yaya qədər Frenk Lempardın rəhbərlik etdiyi hazırkı məşqçilər korpusu ilə çalışacaq. “Tottenhem” və PSJ-nin keçmiş baş məşqçisi Maurisio Poçettino “Çelsi”nin “sükanı arxasına” keçməyə əsas namizəd olaraq qalır.
Xatırladaq ki, “Çelsi” cari mövsümdə artıq iki dəfə baş məşqçini istefaya göndərib. Tomas Tuxel payızda, Qrem Potter isə yazda postundan uzaqlaşdırılıb. “Zadəganlar”a hazırda Lempard başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin