“Çelsi” portuqaliyalı məşqçini namizədlər siyahısından çıxarıb

“Çelsi” rəhbərliyi Maurisio Poçettinonun istefasından sonra yeni baş məşqçi axtarışına başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu potensial namizədlərdən birini siyahıdan çıxarıb. Söhbət “Sportinq”in baş məşqçisi Ruben Amorimdən gedir. “Çelsi” portuqaliyalı mütəxəssis üçün 15 milyon avro təzminat ödəmək istəmir və onun təcrübəsiz olduğunu düşünür.

“Çelsi” 2023/2024 mövsümünün sonunda Premyer Liqanın turnir cədvəlində altıncı yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button