“Mən onun üçün ölə bilərəm” – “İnter”in futbolçusu

İcarə əsasında “İnter”də çıxış edən “Kalyari”nin futbolçusu Nikolo Barella açıqlama verib.

Komanda.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi, “Çelsi” ilə danışıqlar apardığını bildirib:

“Çelsi” yanvar ayında məni heyətinə qatmaq istədi, danışıqlarımız da oldu. Amma həmin vaxt “Kalyari”də asan vaxt olmadığını, mövsümün sonuna qədər komandada qalacağımı və daha sonra bir qərar verəcəyimi dedim.

İllər əvvəl hədəflərimi müəyyənləşdirdim. İlk hədəfim “Kalyari” ilə A Seriyasında çıxış etmək idi, buna nail oldum. Daha sonra isə “İnter” formasını geyinmək istəyirdim, bu da baş verdi”.

İtaliyalı futbolçu, “İnter”dəki baş məşqçisi Antonio Konte ilə bağlı da danışıb:

“Kontenin çalışdığı komandaların necə işlədiyini görürsüz? Bu, sadəcə çox çalışmaqla baş vermir, həm də zehniyyətlə bağlıdır. Konte çox fərqli yanaşmaya, münasibətə sahibdir. Sizinlə danışdıqda, sizə yeni nələrsə verir. Mən onun üçün ölə bilərəm, bu, onunla çalışan bütün futbolçulara aiddir. Bu da onun fərqini artırır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button