“Çelsi” xorvat futbolçunu satmağa razıdır
“Çelsi” yay transfer pəncərəsi dövründə futbolçusu Mateo Kovaçiçin gedişi ilə razılaşıb.
Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2024-cü ilin yayında başa çatır. Bu baxımdan, londonluların rəhbərliyi xorvat futbolçunun satışından pul qazanmaq üçün mövsüm başa çatdıqdan sonra onu buraxmağa hazırdır.
Kovaçiçin xidmətində “Bayern”, “Mançester Yunayted” və “Mançester Siti” maraqlıdır.
O, bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin