
“Bayern” Camalın boşluğunu onunla doldurmaq istəyir
“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons Avropanın bir neçə top-klubunun maraq dairəsinə düşüb. Son günlər Simonsla ən ciddi şəkildə maraqlanan “Çelsi” hesab olunur. Anacaq onun gələcəyi hələ də qeyri-müəyyəndir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” Camal Musialanın zədələnməsindən sonra Simonsun ətrafı ilə əlaqə saxlayıb. Bununla belə, klub hələ ki, “Leyptsiq”lə rəsmi danışıqlara başlamayıb.
“Çelsi” də 22 yaşlı futbolçunu transfer etməkdə israrlıdır. Ancaq klub bu keçidi reallaşdırmazdan əvvəl heyətindən bəzi oyunçuları satmalı ola bilər.
“Arsenal” da niderlandlı oyunçu üçün mübarizədən tamamilə çəkilməyib və vəziyyəti yaxından izləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin