İngiltərə klubu Xavi ilə danışıqlarda irəliləyiş əldə edib

“Çelsi” “Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simonsu transfer etmək üzərində işləməyə davam edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu niderlandlı futbolçu ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib.

22 yaşlı futbolçu özü də bu transferdə maraqlıdır. Tərəflər birbaşa müzakirələri davam etdirirlər. Bəzi müqavilə detalları hələ də həll edilməlidir.

“Leyptsiq”lə danışıqlar hələ başlamayıb, ancaq “Çelsi” yaxın vaxtlarda konkret təklif vermək niyyətindədir. Xavinin Almaniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button