“Çelsi”nin xalları silinə bilər
“Çelsi”nin keçmiş sahibi Roman Abramoviçin dövründə maliyyə pozuntularına görə xalları silinə bilər.
Komanda.az TASS-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası rəhbərliyi Roman Abramoviçin kluba sahib olduğu dövrdə yol verdiyi maliyyə feyr-pley pozuntularına görə “Çelsi”nin xallarını ala bilər.
Abramoviç 2003-2022-ci illərdə “zadəganlar”ın sahibi olub. Bu ilin may ayında rusiyalı iş adamı klubu amerikalı Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma və “Clearlake Capital” investisiya şirkətinə satıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin