“Çelsi” ilə “Milan” Liqa 1-in bombardirini izləyir

“Strasburq”un hücumçusu Xoakin Paniçelli Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

23 yaşlı futbolçu cari mövsümə uğurlu start verib. O, Liqa 1-in ilk səkkiz oyununda 7 qol vuraraq, komandasının aparıcı fiqurlarından birinə çevrilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” və “Çelsi” artıq argentinalı forvardın çıxışını yaxından izləyir. Bundan başqa, “Leyptsiq”, “Sevilya” və “Benfika” da onun xidmətində maraqlıdır.

Transferin artıq yanvarda – qış fasiləsində baş tuta biləcəyi ehtimal olunur.

Paniçelli hazırda Fransa çempionatında bombardirlər yarışına başçılıq edir. Onun ən yaxın izləyiciləri “Marsel”in futbolçusu Meyson Qrinvud (6 qol) və “Monako”dan Ansu Fatidir (5 qol).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button