
İsveçli futbolçu “Çelsi” ilə “Liverpul”un “radar”ındadır
“Ayntraxt”ın (Frankfurt) yarımmüdafiəçisi Huqo Larsson Premyer Liqanın əsas klublarının maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli futbolçu Avropanın top liqalarından bir neçə klubun transfer hədəfi siyahısındadır. Əsas iddiaçılar “Liverpul” və “Çelsi”dir. “Ayntraxt” hücumçusu üçün ən azı 60 milyon avro istəyəcək.
Larsson bu mövsüm Almaniya klubunun heyətində 33 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin