“Çelsi” “Vulverhempton”a uduzdu

İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə bir görüş baş tutub.

“Vulverhempton” doğma meydanda “Çelsi” ilə qarşılaşıb. Üç qolluq matç London təmsilçisinin məğlubiyyəti ilə bitib.

Bu turun “Mançester Siti” – “Brentford” qarşılaşması isə “şəhərlilər”in FİFA Klub Dünya Kubokundakı iştirakı ilə əlaqədar təxirə salınıb.

Hazırda 40 xala malik “Arsenal” vahid liderdir. “Liverpul”la “Aston Villa”nın 39, “Tottenhem”in 36, “Mançester Siti”nin 34, “Vest Hem”in 30, “Nyukasl”ın 29, “Mançester Yunayted”in 28, “Brayton”un 27, “Çelsi”, “Vulverhempton” və “Bornmut”un 22 xalı var.

İngiltərə Premyer Liqası
18-ci tur
21 dekabr

Kristal Pelas – Brayton 1:1
Qollar: Ayyu, 45+1 – Uelbek, 82.

22 dekabr

Aston Villa – Şeffild Yunayted 1:1
Qollar: Zaniolo, 90+8 – Arçer, 87.

23 dekabr

Vest Hem – Mançester Yunayted 2:0
Qollar: Bouen, 72. M.Kudus, 78.

Fulhem – Börnli 0:2
Qollar: Odober, 47. Berge, 66.

Luton Taun – Nyukasl 1:0
Qol: Taunsend, 25.

Nottingem Forest – Bornmut 2:3
Qollar: Elanqa, 47. Vud, 74 – Solanke, 51; 58; 90+4.

Tottenhem – Everton 2:1
Qollar: Riçarlison, 9. Son, 18 – A.Qomes, 82.

Liverpul – Arsenal 1:1
Qollar: Salah, 29 – Qabriel, 4.

24 dekabr

Vulverhempton – Çelsi 2:1
Qollar: Lemina, 51-pen. Doherti, 90+3 – Nkunku, 90+6.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button