İngiltərə klubları “Atletik”in hücumçusunun transferindən vaz keçib

“Çelsi” və “Aston Villa” artıq “Atletik”in hücumçusu Niko Uilyamsı transfer etməkdə maraqlı deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun tələb etdiyi yüksək maaş ilə İngiltərə klubları razı deyil.

Daha əvvəl “Barselona”nın Uilyamsla maraqlandığı, lakin Kataloniya klubunun yayda futbolçu üçün tələb olunan 60 milyon avronu ödəyə bilməyəcəyi bildirilib.

21 yaşlı hücumçu cari İspaniya çempionatında 4 qol vurub, 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button