UEFA-nın cərimə etdiyi “Çelsi”dən bəyanat
İngiltərənin “Çelsi” klubu UEFA ilə barışıq sazişi imzaladığını açıqlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “zadəganlar” yayımladıqları bəyanatda bunları bildirib:
“Klubumuz şəffaflıq kimi dəyəri həmişə üstün tutduğu üçün UEFA-ya mövcud problemləri həll etməsi ilə bağlı atdığı addıma görə minnətdardır. Onlara təşəkkür edirik!
“Çelsi” UEFA ilə olan əlaqələri yüksək qiymətləndirir və bunu daha da inkişaf etdirməyi qarşısına əsas məqsəd qoyub”.
Londonlular ilkin ödəniş kimi qitənin ali futbol qurumuna 10 milyon avro ödəyəcək.
Xatırladaq ki, UEFA “Çelsi”ni 10 milyon avro məbləğində cərimələyib. Buna səbəb klubun maliyyə məlumatlarını natamam təqdim etməsi olub. Bildirilib ki, bununla da, klubların lisenziyalaşdırılması və maliyyə feyr-pley qaydaları pozulub.
Bizi Facebook-da izləyin